Aİ Qabondakı bütün aktorları təmkinli olmağa çağırır


Avropa İttifaqı (Aİ) Qabonda hakimiyyəti zorla ələ keçirmək cəhdini qətiyyətlə rədd edərək, ölkədəki bütün tərəfləri təmkinli olmağa çağırıb.


Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell mövzu ilə bağlı açıqlamasında Qabondakı bütün "oyunçuları" təmkinli davranmağa çağırıb.

Qabonun üzləşdiyi çətinliklərin qanunun aliliyi, konstitusiya nizamı və demokratiya ilə aşılması lazım olduğunu qeyd edən Borrell qeyd edib ki, Aİ hərbi çevrilişə səbəb olan seçki prosesi ilə bağlı ciddi narahatlıqları bölüşür: "Bununla belə, Qabon xalqının iradəsini əks etdirməyin yolu gücdən istifadə etmək deyil, qanunun aliliyi və insan hüquqlarına hörmətdir. Bu, əhatəli və geniş dialoqla mümkündür".

Qabonda bir qrup əsgər avqustun 30-da səhər tezdən milli televiziyanın binasına daxil olaraq administrasiyanı ələ keçirdiklərini elan edib. Əsgərlər avqustun 26-da keçirilən seçkilərin ləğv edildiyini, ölkə sərhədlərinin bağlandığını bəyan ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu