Zooparkda kərgədan öz baxıcısını öldürdü


Avstriyanın Zalsburq şəhərindəki zooparkda kərgədan tərəfindən ağır yaralanan gözətçi hadisə yerində dünyasını dəyişib.


Salzburq polisindən verilən açıqlamada kərgədanın 33 yaşlı qadın qulluqçuya gündəlik qulluq və təmizlik işləri apararkən hücum etdiyini və baxıcının ağır yaralanaraq öldüyü bildirilib.

Açıqlmada qadına kömək etməyə gələn 34 yaşlı kişi baxıcının da kərgədanın hücumuna məruz qalaraq ağır yaralandığı və xəstəxanaya yerləşdirildiyi qeyd edilib.

Zooparkın direktoru Sabine Grebner mətbuata açıqlamasında dünyasını dəyişən baxıcının çox təcrübəli, hər zaman diqqətli olduğunu və heyvanlara qarşı xüsusi istedadı olduğunu vurğulayıb.

Hadisənin rutin baxım zamanı baş verdiyini izah edən Grebner, 1,8 ton ağırlığındakı kərgədana həşəratlara qarşı krem ​​sürtərkən baxıcının hücuma məruz qaldığını və bu prosesin hər gün edilən adi bir proses olduğunu bildirib.

Zooparkda 4 kərgədan olduğunu və onların baxıma öyrəşmiş heyvanlar olduğunu bildirən Qrebner, 30 yaşlı kərgədanın niyə hücum etdiyini hələlik məlum olmadığını qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu