Elon Musk: X platformasının hər kəs üçün ödənişləri ola bilər


İlon Mask əvvəllər Twitter kimi tanınan X sosial media platformasının bütün istifadəçilərinin platformaya giriş üçün pul ödəməli ola biləcəyini deyib.


O, İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə saxta hesablarla mübarizə aparmağın yeganə yolunun ödəniş sistemindən keçdiyini bildirib. "Biz sistemin istifadəsi üçün kiçik aylıq ödəniş almağa keçirik" - deyə iş adamı bildirib.

Lakin şirkət məsələ ilə bağlı təfərrüatlar üçün müraciətlərə cavab verməyib.

Bunun sadəcə keçən bir şərh və ya hələ elan edilməmiş daha möhkəm planların siqnalı olduğu aydın deyil.

Mask uzun müddətdir ki, sosial media platformasındakı botlardan və saxta hesablardan qurtulmaq üçün onun həlli üçün yoxlama məqsədilə ödəniş almaq fikrində olduğunu bildirib.

Bununla belə, istifadəçilər hazırda X-dən pulsuz istifadə etməyə davam edə bilərlər.

Şirkətin istifadəçilərdən ödəniş tələb etməsində açıq-aşkar maliyyə marağı olsa da, Mask israr edir ki, insanlara xidmət üçün pul ödətdirmək botlarla mübarizə məqsədi daşıyır.

"X Premium" hazırda ABŞ-da ayda 8 dollara başa gəlir. Qiymət abunəçinin hansı ölkədə olduğuna görə dəyişir.

Məsələn, Türkiyədə aylıq qiymət 150 TL, illik qiymət isə 1569,99 TL-dir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu