Kəlbəcərdə mövqelərimiz atəşə tutulub


Oktyabrın 2-si saat 17:20-dən 18:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.


Bu barədə AFN.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bundan başqa, qeyd olunan istiqamətdə yerləşən mövqelərimizin üzərinə döyüş kvadrokopterləri vasitəsilə əldəqayırma partlayıcı vasitələr də atılıb.

Azərbaycan Ordusunun bölmələri itki verməyib, qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu