Qaribaşvili Brüsselə səfərə gedib


Gürcüstan Baş naziri İrakli Qaribaşvili Brüsselə səfərə gedib.



APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Baş nazirin mətbuat xidməti yayıb.

Bildirilib ki, hökumət başçısı Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen tərəfindən rəqəmsal, enerji və nəqliyyat sektorlarının təhlükəsizliyinin, həmçinin səhiyyə və təhsil sistemlərinin müzakirə ediləcəyi “Global Gateway Forum 2023”ə dəvət edilib.

İrakli Qaribaşvilinin forum çərçivəsində keçiriləcək “Nəqliyyat dəhlizləri” panelinin əsas spikeri olacağı qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu