İtaliyada 22 yaşlı tələbənin keçmiş sevgilisi tərəfindən öldürülməsi hiddətə səbəb olub
İtaliyada bir universitet tələbəsinin keçmiş sevgilisinin əli ilə öldürülməsindən sonra bütün İtaliyada hiddətə səbəb olub.
Bu barədə “The Guardian” yazıb.
22 yaşlı mühəndislik tələbəsi Julia Cecchettinenin cəsədi məzuniyyət mərasiminə günlər qalmış Venesiyanın şimalındakı göl yaxınlığındakı xəndəkdə tapılıb. Onun çoxsaylı bıçaq xəsarətləri aldığı bildirilir.
Tələbə qızın yoxa çıxmazdan əvvəl yol kənarındakı kameraların keçmiş sevgilisi Filippo Tourettanın onu döydüyünü qeyd etdiyi barədə məlumatlar var.