İtaliya məhkəməsi pakistanlı valideynləri ömürlük həbs cəzasına məhkum edib
İtaliyada məhkəmə razılaşdırılmış nikah üçün Pakistana getməkdən imtina edən yeniyetmə qızlarını qətlə yetirən valideynləri ömürlük həbs cəzasına məhkum edib.
Bu barədə Reuters xəbər verib.
2021-ci ilin aprelində itkin düşən 18 yaşlı Saman Abbasın “namus üstə öldürülməsi” İtaliyanı şoka salıb. Onun atası və anası ölkənin şimalındakı Reggio Emilia şəhərinin məhkəməsi tərəfindən məhkum edilib. Qızın əmisi 14 il müddətinə azadlıqdan məhrum edilib, iki əmisi oğlu isə bəraət alıb.
Hökm birinci instansiya məhkəməsinə çıxarılıb və ondan apellyasiya şikayəti verilə bilər.
Şabbar Abbas Pakistanın şərqindəki kəndində qətldə şübhəli bilinərək həbs olunduqdan sonra mühakimə olunmaq üçün avqust ayında İtaliyaya ekstradisiya edilib. Onun həyat yoldaşının Pakistanda gizləndiyi güman edilir.
Saman Abbasın qalıqları 2022-ci ilin noyabrında, yoxa çıxdıqdan təxminən 18 ay sonra Novellaradakı ailəsi evinin yaxınlığında tapılıb. O, diş qeydləri vasitəsilə müəyyən edilib.
Prokurorlar Saman Abbasın İtaliyada sevgilisi olduğunu biləndə ailəsinin qəzəbləndiyini bildirib. O, bir müddət yaxınlıqda sosial xidmətin himayəsində yaşadıqdan sonra bəzi sənədləri toplamaq üçün ailəsinin evinə qayıdandan sonra öldürülüb.