ABŞ-da qətlə görə 48 il cəza çəkən şəxsə bəraət verilib


ABŞ-ın Oklahoma ştatının məhkəməsi qətlə görə 48 il həbs cəzası çəkən 71 yaşlı Qlin Simmonsa bəraət verib.


Bu barədə "Associated Press" (AP) məlumat yayıb.

Nəşrin yazdığına görə məhkəmə konkret və tutarlı sübutlar əsasında qərar çıxarıb. Oklahoma qraflığının hakimi Emi Palumbo bildirib ki, Amerika vətəndaşı olan Simmonsun ittiham olunduğu, daha sonra isə məhkum olunaraq həbs olunduğu cinayət əslində onun tərəfindən törədilməyib.

Simmons 1975-ci ildə ölüm cəzasına məhkum edilib. 1977-ci ildə cəza ömürlük həbslə əvəz olunub. Adam 48 il 1 ay 18 gün həbsdə yatıb. Onun dövlətdən 175 min dollar məbləğində təzminat tələb etmək hüququ var.

2020-ci ilin yanvarında Birləşmiş Ştatlarda məhkəmə başqasının cinayətinə görə 30 il həbsdə olan günahsız 62 yaşlı məhbus Cerri Tomasa da bəraət vermişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu