ABŞ-da 6 il haqsız yerə həbs edilən şəxsə 10 milyon dollar təzminat ödəniləcək
ABŞ-ın Detroit ştatının məhkəməsi qətl və yaralama ittihamı ilə haqsız yerə 6 il həbsdə olan Aleksandr Ansariyə 10 milyon dollar təzminat ödənilməsinə qərar verib.
İşin nəticəsi ilə bağlı açıqlama verən vəkil Volf Mueller bildirib ki, məhkəmə fevralın 15-də bir polis məmurunun qətl və yaralanma ilə bağlı kritik sübutları gizlətdiyi üzə çıxdıqdan sonra müvəkkilinin xeyrinə qərar verib.
Dəlillərin sıxışdırılmasını dəhşətli olaraq xarakterizə edən məhkəmə, günahsızlığı sübuta yetirilən Ansarinin 6 il həbsxanada yatdıqdan sonra 10 milyon dollar təzminat ödənilməsinə qərar verib.
Məhkəmə müəyyən edib ki, narkotik alverçisi olduğu iddia edilən qətl şübhəlisinin ailəsinə zərər vuracağından narahat olan polis dəlilləri ört-basdır edib.
Ansari "İleana Cuevas" adlı 15 yaşlı qızın ölümü və iki nəfərin yaralanması ilə nəticələnən hadisədə günahkar bilinib.
2013-cü ildə Detroitdə ömürlük həbs cəzasına məhkum edilən Ansari 2019-cu ildə günahsız bilinib.