TEPCO Fukusimadan təxliyə edilənlərə təzminat ödəyəcək


Yaponiya məhkəməsi 2011-ci ildə baş vermiş zəlzələdən sonra Fukusimadan təxliyə edilənlərə təzminatın ödənilməsinə hökumətin deyil, atom elektrik stansiyasının operatorunun cavabdeh olduğuna qərar verib.



2011-ci il zəlzələsindən sonra nüvə sızması baş verən Dai-içi Elektrik Stansiyasının ətrafındakı ərazilərdən təxliyə edilən Fukusima əsilli insanların təzminat iddiasına Tokio Ali Məhkəməsində baxılıb.

Məhkəmə qərarında stansiya operatoru Tokyo Electric Power (TEPCO) 47 şikayətçidən 44-nə ümumilikdə 23,5 milyon yen (165 min dollar) ödəyəcəyinə qərar verilib.

Tokio Rayon Məhkəməsinin əvvəlki qərarında tələb edilən təzminat məbləğinin iki dəfə azaldıldığı Ali Məhkəmə qərarında Yaponiya hökuməti təzminat ödəməkdən məsul tutulmayıb.

Qərarda qeyd olunub ki, Yaponiya Sənaye Nazirliyinin zəlzələdən əvvəl dəniz divarının möhkəmləndirilməsi ilə bağlı göstərişinə baxmayaraq, sunami səbəbindən obyektin su altında qalmasının qarşısını almaq mümkün olmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu