Yaponiya Fukusimadan radioaktiv su sızması ilə bağlı TEPCO-ya xəbərdarlıq etdi


Fukuşima Dai-i Atom Elektrik Stansiyasından tərkibində radioaktiv maddə olan su sızması aşkar edildikdən sonra Yaponiya stansiya operatoru Tokyo Electric Power-a (TEPCO) xəbərdarlıq edib.



Yaponiya mətbuatı Nikkei Asianın xəbərinə görə, Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Saito Ken mövzu ilə bağlı mətbuata açıqlama verib.

Saito bəyan edib ki, o, Fukusimadakı atom elektrik stansiyasını idarə edən TEPCO-nun prezidenti Kobayakawa Tomoakiyə tullantı sularının axıdılması prosesinin təhlükəsizliyini təmin etmək üçün göstəriş verəcək.

Bu mövzuda tək bir səhvin belə xalqın inamının zədələnməsinə səbəb ola biləcəyini qeyd edən Saito, elektrik stansiyasından tərkibində radioaktiv maddə olan su sızması aşkar edildikdən sonra TEPCO-ya xəbərdarlıq edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu