İspaniyaya pişik kimi qeydiyyatdan keçirilərək vaşaq gətirildi - Polis xilasetmə mərkəzinə təhvil verdi
İspaniyanın Əndəlus muxtar icmasında yerləşən Marbella şəhərində vaşaq tutularaq pişik adı altında ölkəyə gətirilib.
RT bu barədə İspaniya Mülki Qvardiyasına istinadən xəbər verir.
Hüquq-mühafizə orqanlarına yerli sakindən onun bağında yırtıcı heyvanın qaçması barədə xəbər daxil olub. Sonradan məlum olub ki, vaşaq 20 kilometr aralıda yerləşən evdən qaçıb.
Tutulan heyvan ekzotik məməlilərin xilasetmə mərkəzinə təhvil verilib. Onun ölkəyə 2022-ci ildə hava yolu ilə gətirildiyi qeyd edilir. Qeydiyyatdan keçən zaman bunun ev pişiyi olduğu göstərilib.