Dağıntılar altında qalan pişik balalarını belə xilas etdilər - VİDEO


Türkiyənin Adıyaman vilayətində ağır ziyan dəymiş binada 3 pişik balası söküntü zamanı dağıntılar altında qalıb. İşçilər pişik balalarını bir-bir dağıntılar altından çıxarıblar.


Təcili söküləcək binalar arasında olan binanın içərisində sahibsiz pişik 3 bala doğub. Balaların cəmi bir neçə günlük olduğu bilinib və onlar söküntü zamanı uçqun altında qalıblar.

Vətəndaşlar və tikinti texnikası operatorları ətrafda və dağıntılar üzərində gəzən pişiyi görüblər. Vəziyyətdən şübhələnən məmurlar işlərini dayandırıblar. Dinləmə zamanı pişik balalarının səsi eşidiləndən sonra dağıntılar altında xilasetmə işlərinə başlanılıb. 3 pişik balası işçilər tərəfindən bir-bir dağıntılar altından çıxarılaraq təhlükəsiz əraziyə aparılıb. Heç bir yarası olmayan pişik balaları daha sonra anaları tərəfindən ərazidən aparılıb.

Zəlzələdən sağ çıxan bina sakini Beytullah Şahin hadisənin şahidi olub. O, gördüklərini belə nəql edib: “Binalarımızı sökmə qərarı verildi. Biz binalara baxmağa gələndə maşınlar gəlmişdi və operator onları sökməyə çalışırdı. İlk hərəkətlərdə dağıntıya baxdım, pişik atladı, sağa-sola döndü. Bizim təklifimizlə operator dostu və ya balası ola bilər deyə maşını dayandırdı. Gedib səsə qulaq asdıq, dağıntıların altından balalar səs salmağa başladılar,. Ağac var idi, ağacı dartdıq, ona çatmağa çalışdıq. Səslərə tərəf getdik. Sonra 3 balaca pişik çıxdı. Bura çıxardıq, hər dəfə çıxaranda anası gəlib aparırdı. Hamısını çıxarana qədər anası oranı tərk etmədi. O, balalarını götürüb getdi. Biz yenə xeyli gözlədik ki, birdən yenə olar, amma səs gəlmədi".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu