Uşaqlar onlayn təhlükələrdən qorunmaq üçün öz instinktlərinə etibar etməlidirlər


Uşaqların internetdə ədəbsiz məzmun və ya virtual istismar kimi təhlükələrdən qorunmaq üçün ən güvənilən vasitə onların öz instinktləridir.


AFN.az xəbər verir ki, Brüsseldə yerləşən uşaq hüquqları təşkilatı "Eurochild" uşaq zorakılığına qarşı yaradılmış qeyri-kommersiya uşaq hüquqları təşkilatı ECPAT və "Terre des Hommes "Hollandiya xeyriyyə təşkilatı uşaqların təkbaşına internetdə gəzərkən qarşılaşdıqları təhlükələri və buna reaksiyalarını araşdırıb.

Tədqiqatda Avropa İttifaqı, Asiya və Cənubi Amerikanın 15 ölkəsindən təxminən 500 uşaq və 6 mindən çox tərbiyəçinin uşaqların onlayn təhlükəsizliyi ilə bağlı fikirləri araşdırılıb.

Cəlb edilən valideynlərin təxminən 90 faizi övladlarının internetdə etdikləri barədə məlumatlı olduqlarını bildirsələr də, uşaq iştirakçılar bunun əksini düşünürlər.

Uşaqların əksəriyyəti onlayn fəaliyyətlərini özlərinə saxlamağı üstün tutduqlarını və böyüklərlə onlayn qarşılaşdıqları təhlükələr barədə danışmaqda çətinlik çəkdiklərini bildiriblər.

Bəzi uşaqlar nəticələrindən qorxduqları üçün valideynlərinə və baxıcılarına qarşılaşdıqları təhlükələr haqqında söylədiklərini "süzgəcdən keçirdiklərini" söyləyiblər.

Tədqiqatda iştirak edən, demək olar ki, hər bir uşaq onlayn platformalarda "uyğun olmayan" məzmuna məruz qalmaqdan narahat olduqlarını və platformaların qeyri-adekvat təhlükəsizlik tədbirləri ucbatından özlərini təhlükələrdən qorumaq üçün çox vaxt instinktlərinə güvənmək məcburiyyətində qaldıqlarını bildiriblər.

Uşaqlar onlayn platformalardan məxfiliklərinə xələl gətirmədən onların qorunmasını prioritetləşdirən təhlükəsizlik tədbirləri hazırlamağı tələb ediblər.

ECPAT Uşaq Mühafizəsi və Texnologiyasının rəhbəri Emi Kroker öz bəyanatında uşaqların internetdən təhlükəsiz istifadəsinin təmin edilməsinin vacib olduğuna diqqət çəkib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu