Polşada iki Rusiya vətəndaşı casusluq ittihamı ilə saxlanıb


Polşanın Krakov Rayon Məhkəməsi "Vaqner" PMC-nin döyüşçüləri olduğu və respublika ərazisində muzdlular cəlb etdiyi bildirilən iki nəfər Rusiya vətəndaşına qarşı casusluq ittihamı irəli sürüb.


AFN.az Polşa mediasına istinadən xəbər verir ki, bu barədə Polşa Milli Prokurorluğunun mətbuat katibi Przemyslav Novak bildirib.

“Müttəhimlər Polşa vətəndaşlarını, eləcə də Polşa ərazisində olan əcnəbiləri “Vaqner” PMC-də hərbi xidmətə cəlb edirdilər. "İşə" qəbulun təşkilinə cavabdeh olan şəxslərlə birbaşa əlaqə yaratmaq mümkün olub”, - deyə Novak qeyd edib.

Rusiya Federasiyasının iki vətəndaşı Andrey G. və Aleksey T. 2023-cü ilin avqustunda Daxili Təhlükəsizlik Agentliyinin (Polşa kəşfiyyat xidməti) əməkdaşları tərəfindən “casusluq və terror xarakterli beynəlxalq hərbiləşdirilmiş qrupda iştirak” şübhəsi ilə saxlanılıb. Onları 10 ilə qədər həbs gözləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu