“Azercell” Ramanada şəbəkəni təkmilləşdirir - AÇIQLAMA


"Yeni Ramana qəsəbəsində sakinlər “Azercell” şəbəkəsinin zəif olmasından, bəzən heç işləməməsindən şikayətçidirlər.


AFN.az-a mürciət edərək ünvanlarını “Pətək”, “Zəfər” marketin arxa məhlələri" deyə təqdim edən qəsəbə sakinləri ərazidə şəbəkənin daim zəif odduğunu bildiriblər. Sakinlər deyirlər ki, bu ərazilərdə “Bakcell” və “Nar” mobil operatorları normal işlədiyi halda, “Azercell”in şəbəkəsi, demək olar ki, işləmir, istifadəçilər çox əziyyət çəkirlər. Bu istiqamətdə dəfələrlə mobil operatora müraciət etdiklərini deyən şikayətçilər heç bir nəticə olmadığını da bildiriblər.
AFN.az-ın məsələ ilə bağlı sorğusuna cavab olaraq “Azərcell”dən bildirilib ki, göstərdiyi xidmətlərin keyfiyyətinin artırılması və abunəçilərin daha yüksək sürətli mobil internet xidmətləri ilə təmin edilməsini hədəfləyən “Azercell Telekom“ MMC infrastrukturunu ölkə boyu genişləndirir və gücləndirir: “Qeyd edək ki, mobil operator şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi layihəsi çərçivəsində 18 ay ərzində (31.12.2023-cü il tarixinə olan məlumat) Azərbaycanda 300-dən çox yeni stansiya quraşdırıb, 1600 mövcud stansiyada təkmilləşdirmə işləri aparıb.

Şəbəkə keyfiyyətinin artırılması və əhatə dairəsinin daha da genişləndirilməsi üzrə işlərimiz planlı şəkildə davam etdirilir. Göstərilən ərazinin sakinlərini də daha yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin etmək məqsədilə hazırda ərazidə tərəfimizdən müvafiq işlər aparılır. Yaranan müvəqqəti narahatlığa görə təəssüf edir və bildiririk ki, ərazidə aparılan təkmlilləşdirmə işləri yekunlaşdıqdan sonra xidmətlərdən tam normal əsaslarla istifadə edilməsi imkanı təmin ediləcəkdir”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu