Tovuzun bəzi kəndlərində "Azercell"in şəbəkəsi axşamdan bəri işləmir


Tovuz rayonunun bəzi kəndlərində "Azercell"in şəbəkəsi işləmir.


AFN.az-a bu barədə rayonun Vahidli kənd sakinləri məlumat veriblər. Bildirilir ki, dünəndən etibarən Vahidlidə və ətraf kəndlərdə "Azərcell" şəbəkəsi işləmir: "Güclü külək vardı, yüksək gərginlikli elektrik xəttini zədələmişdi, işıqlar da yanmırdı. Axşam saatlarında elektrikin verilişi bərpa olunsa da, şəbəkə hələ də işləmir. Yuxarı Öysüzlü kəndində yerləşən stansiyada işlərin aparıldığı deyilir, şəbəkənin nə vaxt bərpa olunacağı haqda heç bir məlumat verilmir".
Qeyd edək ki, "Azərcell" şirkəti dünən belə halların ola biləcəyi ilə bağlı xəbərdarlıq yayıb. "Respublikanın bəzi bölgələrində güclü küləkli hava şəraiti ilə əlaqədar "Azercell" abunəçilərinin telekommunikasiya xidmətlərindən istifadəsi zamanı müvəqqəti çətinliklərlə qarşılaşması mümkündür. Hal-hazırda yaranmış halın aradan qaldırılması və mobil rabitə xidmətlərinin tam bərpası üçün şirkətimiz gücləndirilmiş iş rejimində çalışır, müvafiq ərazilərdə zəruri tədbirlər görülür" - deyə şirkətin açıqlamasında bildirilir. Açıqlamada ən qısa zamanda yaranmış problemin aradan qaldırılacağı bildirilsə də, artıq saatlardır sərhəd kəndlərində əhali şəbəkəsiz qalıb.
Onu da qeyd edək ki, qeyd edilən ərazilərdə digər mobil operatorların fəaliyyətində heç bir problem yaranmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu