Stoltenberq: Müdafiə xərclərində 2 faizlik hədəfi qaldıracağıq


NATO-nun baş katibi Yens Stoltenberq alyans üzvlərinin Ümumi Daxili Məhsullarının 2 faizindən çoxunu müdafiəyə sərf etməli olduqlarını bəyan edib.


NATO Sammiti üçün Vaşinqtonda olan Stoltenberq "Müdafiə Sənayesi Forumu"nda çıxış edib.

Tarixin ən uğurlu ittifaqının 75-ci ildönümünü qeyd etdiklərini bildirən Stoltenberq sammit çərçivəsində NATO-nun gələcəyi ilə bağlı mühüm qərarlar verəcəklərini vurğulayıb.

Stoltenberq, Ukraynaya dəstək, tərəfdaşlıqların gücləndirilməsi və NATO-nun əsas missiyası olan müdafiə və çəkindirmə ilə bağlı addımlar atacaqlarına diqqət çəkərək, "NATO-nun əsas məqsədi çəkindirici gücü ilə müharibənin qarşısını almaq və sülhü qorumaqdır" - deyə qeyd edib.

NATO-nun 75 ildir ittifaq üzvlərinə qarşı hücumların qarşısını alaraq bu mövzuda müvəffəqiyyət qazandığını qeyd edən Stoltenberq bildirib ki, güclü müdafiə sənayesi olmadan güclü müdafiəni təmin etmək mümkün deyil.

Stoltenberq müdafiə sənayesi rəsmilərinə müraciət edərək, "Biz sizdən asılıyıq, çünki bizə lazım olan imkanları, silahları və sistemləri istehsal edirsiniz. Amma yaxşı xəbər odur ki, siz də bizdən asılısınız, çünki biz sizin müştərilərinizik" - deyə bildirib.

NATO üzvlərinin müdafiə xərclərini artırmağa razılaşdıqlarını bildirən Stoltenberq 10 il əvvəl Ümumi Daxili Məhsulun (ÜDM) yüzdə 2-nin müdafiəyə xərclənməsinə qərar verildiyini xatırladıb.

"Biz indi bilirik ki, 2 faiz minimum hədəfdir və biz daha çox xərcləməliyik. Biz daha çox iş görəcəyik", - Stoltenberq əlavə edib.

Bütün NATO müttəfiqlərinin "yeni sənaye müdafiəsi" öhdəliyi imzalayacağını bildirən baş katib bunun sənayeni bütün Avropa və Şimali Amerikada daha da gücləndirəcəyini deyib.

O, bəyan edib ki, öhdəlik həm müdafiə xərclərini artırmaq, həm də birlikdə hərəkət etmək bacarığını artırmaq üçün "daha yaxşı xərcləmə" daxildir.

Stoltenberq Rusiya-Ukrayna müharibəsinin ehtiyatların və istehsal gücünün yetərli olmadığını göstərməklə yanaşı, müttəfiqlərin birgə hərəkət etmə imkanlarında ciddi problemlərin olduğunu da ortaya çıxardığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu