“Nar” “Zirə” komandasına UEFA Avropa Liqasında uğurlar arzulayır!


“Nar”ın əsas dəstəkçisi olduğu “Zirə” Futbol Klubu UEFA Avropa Liqası çərçivəsində “Şerif” klubu ilə qarşılaşacaq.


“Nar” “Zirə” klubuna oyunda uğurlar arzulayır və komandanın azarkeşlərini iyulun 11-i saat 20:00-da keçiriləcək oyunda komandalarını dəstəkləməyə dəvət edir. İki komanda arasında cavab oyunu isə iyulun 18-də Bakıda keçiriləcək.

Qeyd edək ki, “Zirə” PFK 2014-cü ildə təsis edilib. “Qartallar” müxtəlif illərdə Azərbaycan Çempionatında iki dəfə gümüş və bir dəfə bürünc medallar qazanıb, 2 dəfə isə Azərbaycan Kubokunun finalında oynayıb. “Zirə” geridə qalan on ildə üçüncü dəfə ölkəmizi avrokuboklarda təmsil edəcək. “Nar” 4 ildir, “Zirə”yə dəstək olmaqla, yerli futbolun inkişafına töhfə verir.

“Nar”ın korporativ sosial məsuliyyət isqtimatlərindən birini idmana dəstək təşkil edir, bu çərçivədə mobil operator idmanın kütləviliyini artırmaq və gənclər arasında sağlam həyat tərzini təbliğ edir. “Nar”ın həyata keçirdiyi digər faydalı sosial layihələr haqqında burada tanış ola bilərsiniz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu