62 yaşlı Tom Kruz daha bir uşaq istəyir


Hollivud aktyoru Tom Kruz dördüncü uşaq istəyir.


62 yaşlı sənətçi ailə quracağı və daha bir uşaq dünyaya gətirəcəyi qadın axtarır. Eyni zamanda, “In Touch Weekly”in həmsöhbəti bildirib ki, Kruz aktrisa Nikol Kidmanla evliliyində övladlığa götürdüyü qızı İzabella və oğlu Konoru görə bilmək üçün yeni sevgilisi ilə birgə Böyük Britaniyada yaşamaq niyyətindədir.

"Onun Elsina Xayrova ilə bu qədər tələsməsinin səbəblərindən biri də budur, onunla evlənmək və dərhal uşaq sahibi olmaq istəyir", - deyə nəşrin məlumatında bildirilir.

2023-cü ilin dekabrında Tom Kruzun rusiyalı oliqarxın keçmiş arvadı Elsina Xayrova ilə münasibəti haqda şayiələr yayılıb. Onlar Kruzun qapalı “Mission Impossible” klubunda vaxt keçirib, gizli görüşlər keçiriblər.

2024-cü ilin fevralında isə onların münasibətləri kəsilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu