63 yaşlı qadın dünyaya uşaq gətirərək İtaliyanın ən yaşlı anası olub
İtaliyada yaşlı qadın qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirərək ölkənin ən yaşlı anası olub.
Bu barədə “Diario Libre” İtaliyanın “La Nazione” qəzetinə istinadən yazır.
Süni mayalanma ilə baş tutan hamiləliyin səkkizinci ayına qədər hər şey normal olub. Lakin doğum sancıları vaxtından əvvəl başladığı üçün qeysəriyyə əməliyyatı keçirməli olub. Bazar ertəsi, iyunun 3-də italyan qadının oğlu Sebastian dünyaya gəlib. Uşaq sağlam doğulub. İndi həkimlər onu evə göndərmək üçün kifayət qədər çəki almasını gözləyirlər.
Alvaronun 64 yaşı oktyabrda tamam olacaq. İndi o, İtaliyanın ən yaşlı anası hesab olunur.