Böyük Britaniya Rusiya və Çinin kosmosdakı fəaliyyətini izləyəcək
Böyük Britaniya Rusiya və Çinin kosmosdakı fəaliyyətini izləmək üçün Uelsdə hava qüvvələrinin radar stansiyasının tikintisinə başlayacaq.
AFN.az xəbər verir ki, bu barədə “Teleqraf” qəzeti yazıb.
Nəşr Britaniyanın müdafiə naziri Con Haleydən sitat gətirir: “Bu yeni radar proqramı təkcə dərin kosmos haqqında məlumatlılığımızı artırmayacaq, həm də bizə və ən yaxın tərəfdaşlarımıza kosmosdakı obyektləri qorumaqda kömək edəcək”.
Bir müddət əvvəl ABŞ kəşfiyyatı Rusiyanın kosmosdan müşahidəni poza biləcək kosmik silahlar hazırladığını açıqlamışdı.