Britaniya aviaşirkəti Pekinə uçuşları dayandırır
Britaniyanın "British Airways" aviaşirkəti Pekinə uçuşları dayandırdığını elan edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, aviaşirkət oktyabrın 26-dan etibarən Çin paytaxtı ilə London Hitrou hava limanı arasında uçuşları dayandıracağını bildirib. Marşrut üzrə uçuşları koronavirus pandemiyası səbəbindən üç illik fasilədən sonra 2023-cü ilin iyununda bərpa edilib.
“Biz bu qərardan təsirə məruz qalan müştərilərlə əlaqə saxlayacağıq ki, onlara yenidən rezervasiya və ya pulun tam geri qaytarılması variantları təklif edək”, - aviaşirkətin açıqlamasında bildirilir.
"British Airways" Pekinə uçuşların dayandırılmasının səbəbini açıqlamayıb.