“Nar”dan yeni dərs ili üçün sərfəli tarif: “CavanNar 10”


Sizə ən yaxın operator olan “Nar” hər yeni tədris ilində ünsiyyəti daha rahat etmək üçün şagird və tələbələrə ən sərfəli tariflərini təklif edir.


Qarşıdan gələn yeni dərs ilində də “Nar” bol ünsiyyət imkanı verən “CavanNar 10” tarifini tövsiyə edir. Bu tarifi istifadə edən gənclər ümumilikdə 11 GB həcmində internet paketini və tarifdaxili 550 danışıq dəqiqəsini ayda cəmi 10 AZN-ə əldə edir.

Bundan başqa, "Cavannar 10" istifadəçisi təqdim edilən paketi bitirdiyi halda, əlavə internet paketini də daha sərfəli qiymətə sifariş edə bilər. "Cavannar 10" istifadəçiləri üçün nəzərdə tutulan əlavə internet paketlərinin qiyməti 500 MB üçün 2 AZN, 1 GB üçün 4 AZN təşkil edir.

Tarifə qoşulmaq üçün sadəcə *777#710#YES yığmağınız kifayətdir. Tarif haqqında daha ətraflı məlumatı nar.az/cavannar-10 səhifəsindən əldə edə bilərsiniz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu