“Nar”dan bölgələr üçün sərfəli tarif: “Yerlim+”


“Nar” bölgələrdə daha rahat və sərfəli ünsiyyət üçün yeni “Yerlim+” tarifini təqdim edib.


İndi cəmi 4 AZN ödəməklə abunəçilər 100 ölkədaxili danışıq dəqiqəsi, 300 MB internet və WhatsApp-da pulsuz yazışma əldə edəcək. Tarifi aktivləşdirmək üçün “Nar”ın bölgələrdə olan satış və xidmət mərkəzlərinə yaxınlaşaraq yeni nömrə almaq lazımdır.
Yerlim+ tarifinin təqdim etdiyi danışıq dəqiqələrini olduğunuz bölgədən ölkədaxili bütün istiqamətlərdə istifadə edə bilərsiniz. Yerlim+ tarifi ilə bağlı daha ətraflı məlumatı buradan əldə etmək mümkündür.
“Nar” müştəriyönümlülük siyasətinə sadiq qalaraq, abunəçilərinin rahat ünsiyyəti üçün müxtəlif ehtiyaclara uyğun fərqli tariflər təqdim edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu