Braziliyada X böhranı
Braziliya Ali Məhkəməsi ölkədə qanuni nümayəndə təyin etmək üçün 24 saat vaxt verərək X sosial media platformasına girişi qadağan edib. X-ə giriş dayandırılsa da, proqram Apple-ın App Store-da əlçatan olaraq qalır.
Məsələ ilə bağlı Braziliya Ali Məhkəməsi açıqlama verib.
Açıqlamada, Ali Məhkəmənin hakimi Alexandre de Moraesin girişi qadağan etmək qərarına gəldiyi bildirilib. Həmçinin internet xidmət təminatçılarına və tətbiq mağazalarına girişin qarşısını almaq üçün 5 gün müddət verildiyi qeyd edilib
Elon Musk da X-də etdiyi paylaşımda qərara reaksiya göstərərək, "İfadə azadlığı demokratiyanın təməl daşıdır və Braziliyada seçilməmiş sözdə hakim onu siyasi səbəblərdən məhv edir" - deyə qeyd edi.
Braziliyada X-ə giriş dayandırılsa da, proqram Apple-ın App Store-da mövcud olaraq qalır. Apple tətbiqin silinməsi ilə bağlı məhkəmənin tələbini yerinə yetirib-yetirməyəcəyini hələ şərh etməyib.
Lakin 9to5Mac-a görə, şirkət tələblərə əməl etməsə, gündəlik 9000 dollar cərimə gözləyir.
Bu ilk dəfə deyil ki, Apple qanun pozuntularına görə tətbiqləri tətbiq mağazasından silmək üçün təzyiqə məruz qalır.
Şirkət əvvəllər yerli hökumətin tələbi ilə Çin Tətbiq Mağazasından WhatsApp və Threads-a qadağa qoyub.