Mask keçmiş Twitter əməkdaşına məhkəmədə uduzur


İlon Mask 2022-ci ildə şirkətdə apardığı kütləvi ixtisarlardan sonra təzminat istəyən Twitter əməkdaşının (indiki X) qaldırdığı iddia üzrə məğlub olub.


AFN.az xəbər verir ki, bu barədə məhkəmənin hökmü ilə tanış olan Bloomberg agentliyi məlumat yayıb.

Vəkil Şannon Liss-Riordan verdiyi açıqlamada bildirib ki, iddiaçı tam təzminat paketi alacaq. Onun sözlərinə görə, belə bir qərar işdən çıxma haqqı ilə bağlı digər oxşar işlərə yaşıl işıq yandıra bilər. Liss-Riordan daha 15 işin arbitraj dinləmələrindən keçdiyini və növbəti bir neçə ay ərzində daha qənaətbəxş qərarların veriləcəyini gözlədiyini qeyd edib.

O, ümid etdiyini bildirib ki, bu inkişafın nəticəsi olaraq, "witter/X danışıqlar masası arxasına oturmağa və hamı üçün həll yolu axtarmağa hazır olacaq.

X şirkətinin keçmiş işçiləri işdən çıxarıldıqdan sonra müavinətlərin ödənilməməsinə görə Maska qarşı arbitraj məhkəməsinə təxminən 2,2 min ərizə verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu