ABŞ-da məhkəmə X-ə qarşı "yaş ayrı-seçkiliyi" iddiasını icraata götürüb


ABŞ-da federal məhkəmənin hakimi X sosial media platformasının yaşlı işçiləri qeyri-mütənasib şəkildə işdən çıxarmaqda günahlandırıldığı işdə iddiaların təfərrüatlarını istəyib.


ABŞ-ın Kaliforniya ştatının federal hakimi İlon Maskın keçən il X-i satın alarkən şirkətin yaşlı işçilərini qeyri-mütənasib şəkildə işdən çıxardığı iddiası ilə açdığı iddianı icraata götürüb.

X-in yaşlı işçiləri işdən çıxarmaq üçün qəsdən hədəfə alması iddiasını rədd edən hakim, iddiaçı Con Zemana bu iddianın təfərrüatlarını əks etdirən düzəliş edilmiş iddia ərizəsi vermək üçün bir ay vaxt verib.

Zemanın vəkili Shannon Liss-Riordan, qərarın onun ayrı-seçkilik hallarının irəliləyəcəyinə dair iddialarını təsdiqlədiyini müdafiə edib.

Zeman X-in 50 və daha yuxarı yaşda olan işçilərin 60 faizini və 60 və daha yuxarı yaşda olan işçilərin demək olar ki, dörddə üçünü, 50 və daha aşağı yaşda olan işçilərin isə 54 faizini işdən çıxardığını iddia edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu