Bu qidalar əhval-ruhiyyəni yaxşılaşdırır
Az miqdarda ədviyyatlı yemək yeyərək əhvalınızı yaxşılaşdıra bilərsiniz.
Bu barədə Rusiyada tanınmış qastroenteroloq Yekaterina Girenko məlumat verib.
Mütəxəssis bildirib ki, ədviyyatlı yemək yeyərkən sevinc hormonu endorfin istehsal olunur. Onun sözlərinə görə, bir nəzəriyyə də var ki, ədviyyatlı yeməkdən sevinc hissi qan dövranının artması və serotonin və norepinefrin ifrazı səbəbindən baş verir. Eyni zamanda Girenko xəbərdarlıq edib ki, çoxlu miqdarda ədviyyatlı yemək selikli qişanın kimyəvi yanmasına səbəb ola bilər.
Mütəxəssis bildirir ki, yaxşı gecə yuxusu üçün bir neçə sadə qaydaya əməl etmək lazımdır. İlk növbədə yatmazdan dörd saat əvvəl ağır, ədviyyatlı, şirin qidalardan, tərkibində kofein olan içki və qidalardan, çaydan, qazlı içkilərdən, şokoladdan imtina etmək lazımdır.