ABŞ-da uşağın ədviyyatlı çipsi yedikdən sonra ürəyi dayanıb
ABŞ-da ədviyyatlı tortilla çipsləri yedikdən sonra gözlənilmədən ölən 14 yaşlı oğlanın həddindən artıq acı bibər yeməkdən öldüyü müəyyən edilib.
Massaçusets ştatında keçən il sosial mediada gördüyü "ədviyyatlı tortilla çipsləri yemə yarışması"na qatılan və qəfil ölən 10-cu sinif şagirdi Harris Volobahın ekspertiza rəyi əldə edilib.
Məlumata görə, "Paqui" şirkətinin istehsal etdiyi çox ədviyyatlı çipsləri yedikdən qısa müddət sonra narahat olan Volobah yüksək miqdarda kapsaisin (acı bibərin aktiv komponenti) istehlakı nəticəsində yaranan qəfil ürək dayanması nəticəsində dünyasını dəyişib.
Bildirilib ki, uşaqda ürək və ürək əzələ zolağının da böyüməsi qeydə alınıb.
Bu arada, sosial mediada başlatdığı yarışda Paqui istehsalçısı istehlakçılardan dünyanın ən acı iki bibərindən əldə etdikləri məhsulu yeyərkən çəkdikləri videoları paylaşmalarını və məhsulu istehlak etdikdən sonra su içməmələrini istəyib.
ABŞ-da geniş yayılan bu yarışda iştirak edən onlarla uşaq xəstəxanaya yerləşdirilib.
Son dərəcə acı olan bu məhsula qarşı uşaqlara və gənclərə xəbərdarlıq edilib.