Zooparkdan kenquru balalarını oğurlayan şəxs kameraya düşüb - VİDEO


Rusiya zooparklarından kenquru balalarının oğurlanmasında şübhəli bilinən şəxs cinayətlərini etiraf edib.


Saxlanılan şəxsin videosunu Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk öz Telegram kanalında yayımlayıb.

Videoda baytar müayinəsindən əvvəl çantada olan kenquru körpəsi əks olunub. Zooparkın nümayəndəsi çevik işə və oğurlanmış balanın geri qaytarılmasına görə təhlükəsizlik qüvvələrinə təşəkkür edib.

Daxili İşlər Nazirliyinin ilkin məlumatlarına görə, saxlanılan şəxs iki heyvan oğurluğu ilə məşğul olub: Yaroslavlın Zavoljski rayonunda sentyabrın 27-də Kroş adlı kenquru balasını oğurlayıblar. Üç gün sonra oğru Kaluqa vilayətində daha iki kenquru balasını oğurlayıb.

Şübhəli şəxs içərisində Kaluqa zooparkından qaçırılan balalardan biri olan çanta ilə Vladimir vilayətinin Aleksandrov dəmir yolu stansiyasında saxlanılıb. İkinci kenqurunun öldüyü bildirilir. Hazırda təhlükəsizlik qüvvələri oğurlanmış üçüncü kenqurunu axtarır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu