Polis polkovnik-leytenantı Füzulinin taksisini qaçırdı


Rusiyada, Samara vilayətinin Çapayevsk şəhərində sərxoş polis taksi oğurlayıb və saxlanılıb.



AFN bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin regional idarəsinin mətbuat xidmətindən məlumat verilib.

Rayon baş idarəsinin şəxsi mühafizəsinin əməliyyatçıları və polis əməkdaşları "Renault Logan" markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəxsi saxlayıblar. Tibbi ekspertiza onun sərxoş olduğunu müəyyən edib. Saxlanılan şəxs Daxili İşlər Nazirliyinin Çapayevsk şəhəri üzrə idarəsinin əməkdaşıdır. Materiallar istintaq orqanlarına göndərilib. Təqsiri təsdiqləndikdən sonra polis neqativ səbəblərə görə daxili işlər orqanlarından xaric ediləcək, onun rəhbərləri ciddi intizam məsuliyyətinə cəlb olunacaqlar.

"Baza" Telegram kanalı bildirir ki, saxlanılan şəxs polkovnik-leytenant rütbəli polisdir. O, cinayəti İstintaq Günü qeyd olunandan sonra törədib. Taksi sürücüsü Füzuli bildirib ki, oktyabrın 15-nə keçən gecə kafelərdən birində müştəri götürüb. Kişi sərxoş olub və avtomobildə özünü aqressiv aparıb, sürücünü travmatik tapança ilə hədələyib. Taksi sürücüsü qorxaraq maşını saxlayıb və taksinin sükanı arxasına keçən qeyri-adekvat sərnişindən qaçaraq evə gedib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu