Təyyarənin qara qutusunu braziliyalı mütəxəssislər açacaq


Qazaxıstanın hüquq-mühafizə orqanları Aktau yaxınlığında Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğradığı yerdə iki registrator aşkar ediblər.


AFN.az xəbər verir ki, bu barədə Qazaxıstanın Manqistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev brifinqdə məlumat verib.

"Hadisə yerinə baxış zamanı iki registrator aşkar edilib və onlar aviasiya qəzasının təhqiqat şöbəsinə veriləcək", - deyə Ordabayev bildirib.

"Zərərçəkənlərin və yerüstü xidmət işçilərinin dindirilməsini apardıq. Bu hadisənin bütün şahidlərini də müəyyənləşdiririk. Dispetçerlərlə ekipaj arasında radio danışıqlarının yazısı götürülüb. 4 min kvadratmetrdən çox ərazini əhatə edən hadisə yerinə baxış keçirilib. Polis bütün ərazinin təhlükəsizliyini təmin edib”, - deyə prokuror izah edib. O qeyd edib ki, təyyarə qəzasında həlak olanların hamısının şəxsiyyətini müəyyən etmək üçün DNT nümunələrindən istifadə etməklə ekspertiza təyin edilib, molekulyar genetik ekspertiza da aparılacaq.

Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastaev bildirib ki, qara qutularla iş dekabrın 27-də Braziliyadan mütəxəssislərin gəlişindən sonra başlayacaq: "Mütəxəssislər dəvət olunub, onlar sabah orada olacaqlar. Bildiyiniz kimi, təyyarə Braziliyada istehsal olunub və yalnız onlar qara qutunun şifrələrini aça bilərlər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu