Putin və Tramp arasında yeni danışıq hələ planlaşdırılmır - Peskov


Rusiya və ABŞ arasında yüksək səviyyəli təmaslar hələlik planlaşdırılmır.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Ər-Riyadda əldə olunan razılaşmaların necə həyata keçirildiyini yaxın gələcəkdə müzakirə etməyi planlaşdırıb-planlaşdırmamaları ilə bağlı sualı Peskov belə cavablandırıb: “Hələ yox, söhbət ən yüksək səviyyədə planlaşdırılmayıb”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu