Qəzzada 24 saat ərzində 29 nəfər həlak olub

İsrailin Qəzza zolağına son 24 saatda endirdiyi zərbələr nəticəsində azı 29 nəfər ölüb.
AFN.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilir ki, İsrail qüvvələri Fələstin anklavının hər yerində köçkünlərin olduğu çadır düşərgələrinə zərbələr endirir. Nəticədə onlarla insan ölür və yaralanır.