"Bitcoin" rekord yenilədi: ABŞ-dan gözlənilən tənzimləmə xəbərləri qiymətləri yüksəltdi


Kriptovalyuta bazarının flaqmanı olan "Bitcoin" ABŞ-ın müsbət dəyərləndirilən tənzimləmə addımları gözləntiləri fonunda tarixi rekordunu yenilədi. Rəqəmsal valyutanın dəyəri 109 min 481 dollara çataraq yeni zirvəyə yüksəldi.



"Coinmarketcap" analitik platformasının məlumatlarına əsasən, son 24 saat ərzində qlobal kriptovalyuta bazarının ümumi dəyəri təxminən 3,23% artaraq 3 trilyon 430 milyard dollara çatıb.



"Bitcoin"in qiyməti isə son 24 saatda 3,55% artımla 109 min dollardan alınıb-satılmağa davam edir. Həftəlik yüksəliş faizi isə 5,29%-ə çatıb. Bu göstərici kriptovalyutanın yanvar ayındakı əvvəlki rekordunu geridə qoyduğunu göstərir.



"Ethereum" da yüksəlişdədir



Bazarda ikinci yerdə qərarlaşan "Ethereum" da müsbət trendlə irəliləyir. Bu kriptovalyutanın qiyməti təxminən 3,60% artaraq 2 min 564 dollara yüksəlib.



Tənzimləmə gözləntiləri və iqtisadi sakitlik artıma səbəb oldu



Analitiklər bildirir ki, ABŞ tənzimləyici qurumları sabitcoin adlanan rəqəmsal aktivlər üçün aydın normativ çərçivə yaratmaq məqsədilə yeni qaydaları qəbul etməyə hazırlaşır. Bu gözləntilər bazar iştirakçıları tərəfindən müsbət siqnal kimi qiymətləndirilib.



Eyni zamanda ABŞ və Çin arasındakı ticarət gərginliyinin azalması, ABŞ-da inflyasiya göstəricilərinin investor risk iştahını artırması da, kripto bazarının ümumi yüksəlişinə dəstək verən amillər arasında yer alır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu