Bitcoin-in qiyməti 45 min dolları keçib


Qlobal bazarlarda risk iştahının artması və spot Bitcoin birja fondlarına (ETF) marağın davam etməsi nəticəsində Bitcoin kriptovalyutasının qiyməti 45 000 dollardan yuxarı satılıb.



Coinmarketcap analiz şirkətinin məlumatlarına görə, Bitcoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində 4,6 faiz artaraq 1 trilyon 703 milyard dolları keçib.

Ən böyük kriptovalyuta olan Bitcoin-in qiyməti spot Bitcoin ETF-lərinə investisiyalar 9 gündür artmağa davam etdiyi üçün son 24 saatda 5 faizdən çox dəyər qazanıb.

Böyük mərkəzi bankların bu il faiz dərəcələrini azaltmağa başlayacağı və daha dəstəkləyici monetar siyasətə keçəcəyi ilə bağlı gözləntilər də Bitcoin-in artımını dəstəkləyir.

Bitkoinin həftəlik dəyər qazancı 6,3 faizi keçib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu