Bitcoinin qiyməti kəskin ucuzlaşdı
ABŞ tənzimləyicilərinin Bitcoin birjasında satılan vəsaitlərin təsdiqi üçün əlavə vaxt tələb etməsi xəbəri ilə Bitcoin kriptovalyutasının qiyməti 7 faizdən çox ucuzlaşıb.
Coinmarketcap analiz şirkətinin məlumatlarına görə, Bitcoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində təxminən 8 faiz azalaraq 1 trilyon 610 milyard dollar olub.
Ən böyük kriptovalyuta olan Bitcoin-in qiyməti ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) Bitcoin spot ETF-nin təsdiqi ilə bağlı qərar üçün əlavə vaxt tələb etməsi ilə bağlı iddialardan sonra son 24 saat ərzində həftəlik qazancının böyük hissəsini tərk edib və q7,50 faiz azalıb.
Bitkoinin həftəlik dəyər itkisi 2 faizə yaxınlaşıb.