Bitcoin 39 min dollardan aşağı düşüb


Bitkoinin qiyməti dəyərinin təxminən 5 faizini itirərək, keçən ilin dekabrından bəri ilk dəfə 39.000 dollardan aşağı düşüb.



Coinmarketcap analiz şirkətinin məlumatına görə, Bitcoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində təxminən 4,91 faiz azalaraq 1 trilyon 520 milyard dollara düşüb.

Ən böyük kriptovalyuta olan Bitcoin-in qiyməti son 24 saatda 4,85 faiz ucuzlaşaraq ötən dekabr ayından bəri ilk dəfə 39 min dollardan aşağı düşüb.

Qeyd edək ki, Bitcoin 2023-cü ilin avqust ayından etibarən təxminən 70 faiz dəyər qazanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu