2025-ci ilin ən yaxşı 10 yığcam smartfonu – TOP modellər açıqlandı

Son illərdə smartfon bazarında yığcam və erqonomik modellərə maraq artmaqdadır. İstifadəçilər artıq təkcə texniki göstəricilərə deyil, həm də cihazın ölçüsünə və bir əllə istifadə rahatlığına üstünlük verirlər. 6–6,3 düymlük displeyə malik smartfonlar artıq “mini” və ya yığcam kateqoriyasına daxil edilir.
Smartfon sahəsində ixtisaslaşan məşhur “Gizmochina” platforması 2025-ci ilin ən yaxşı 10 yığcam smartfonunun reytinqini açıqlayıb. Reytinq premium seqmentdən büdcəyə qədər müxtəlif modelləri əhatə edir.
TOP 5 yığcam smartfon:
Samsung Galaxy S25 – Siyahının lideridir. Cəmi 162 qram çəkisi və 7,2 mm qalınlığı ilə Galaxy S25 həm performans, həm də portativlik baxımından ideal balans təklif edir. 6,2 düymlük düz Dynamic AMOLED ekranı sayəsində bir əllə istifadəsi çox rahatdır.
vivo S30 Pro Mini – 6,31 düymlük ekran, güclü batareya və MediaTek Dimensity 9300+ prosessoru ilə bu model həm gündəlik istifadə, həm də oyunlar üçün uyğundur.
Apple iPhone 16 Pro – Titan korpus, 8,25 mm qalınlıq və 190 qram çəki ilə yüksək erqonomiya təmin edir. Bu model həmçinin sürətli performans və video çəkiliş üçün sənaye standartlarını müəyyən edən kamera sistemi ilə seçilir.
Google Pixel 9 Pro – Android istifadəçiləri üçün iPhone 16 Pro-ya alternativ olaraq təqdim olunan bu model 6,3 düymlük OLED displey və süni intellekt funksiyaları ilə seçilir.
Xiaomi 15 – 6,36 düymlük ekran, yüksək performans, effektiv kamera sistemi və 90 vatt sürətli enerji doldurma texnologiyası ilə Xiaomi pərəstişkarları üçün ideal seçim sayılır.
Reytinqin digər iştirakçıları:
vivo X200 Pro Mini (6,31 düym)
Google Pixel 9a (6,3 düym)
Samsung Galaxy Z Flip 6 (qatlanmış halda 3,4 düym)
Motorola Razr Ultra (qatlanmış halda 4 düym)
Xiaomi Mix Flip (qatlanmış halda 4 düym)
Qeyd edək ki, AnTuTu platformasının təqdim etdiyi benchmark nəticələrinə əsasən, 2025-ci ildə ən güclü smartfonlar demək olar ki, hamısı Snapdragon 8 Elite prosessor bazasında hazırlanıb. Bu, həm yüksək performans, həm də uzunmüddətli istifadə üçün əsas göstərici hesab olunur.
Digər bir maraqlı tendensiya isə 7500 mAh və 8000 mAh batareyaya malik modellərin artmasıdır. Nəzərəçarpacaq məqam odur ki, bu tip güclü batareyaya malik cihazların əksəriyyəti orta qiymət seqmentində təklif olunur.