Samsung istifadəçilərinə bəd xəbər - Bu modellər Android 14-ü dəstəkləməyəcək


Android ilə işləyən telefonlar istehsal edən texnologiya nəhəngi Samsung üçün üzücü xəbər gəlib.


Belə ki, iPhone xaricində demək olar ki, hər şirkət tərəfindən istifadə edilən Android dəstəkli yeniləmələrin sonuncusu olan Android 14 yeniləməsi bəzi Samsung smartfon modellərində qəbul olunmayacaq.

Android əməliyyat sisteminin hələ yayımlanmamış yeniləməsi olan Android 14-ün təfərrüatları açıqlanmağa başlanıb. Bəzi Samsung smartfonları Android 14 yeniləməsini qəbul edə bilməyəcəklər.Mütəxəssislər tövsiyyə edirlər ki, Android 13 yeniləməsini almış telefonlardan birini istifadə edən hər kəs diqqətli olmalıdır.

Samsung smartfon istifadəçilərini narahat edən xəbər Android 14 yeniləməsinin təqdimatı ilə birgə gəldi. Verilən məlumata görə, Android 14 yeniləməsinin çıxması ilə bəzi Samsung telefonları yeni yeniləməni ala bilməyəcək. Samsung tərəfindən elan edilən telefon modelləri üçün son yeniləmə Android 13 olacaq və eyni zamanda müəyyən planşetlər və Galaxy model smartfonlar üçün son OS yeniləməsi olacaq.

Samsung tərəfindən elan edilən və Android 14 yeniləməsini almayacaq Samsung smartfon modelləri aşağıdakılardır:

Galaxy S10 Lite
Galaxy S20 FE
Galaxy S20 / S20+
Galaxy S20 Ultra
Galaxy Note 10 Lite
Galaxy Note 20
Galaxy Note 20 Ultra
Galaxy Z Flip (LTE/5G)
Galaxy Z Fold 2
Galaxy A22 (LTE/5G)
Galaxy A32 (LTE/5G)
Galaxy A51
Galaxy A71
Galaxy Tab A8
Galaxy Tab A7 Lite
Galaxy Tab S6 Lite (2020)
Galaxy Tab S7
Galaxy Tab S7+

ANDROID 14 NE VAXT ÇIXACAQ?

Android 14 yeniləməsinin gəlməsi gözlənilsə də, Samsung smartfonlarından hansının yeniləməni almayacağı da açıqlanıb. Elan edilən telefon modellərindən sonra ən maraqlısı Android 14 yeniləməsinin nə zaman çıxacağı oldu. Android 14 üçün dəqiq bir buraxılış tarixi hələ elan edilməyib. Bununla belə, Android 14 yeniləməsinin 2023-cü ilin sonundək buraxılması planlaşdırılır.

Mənbə: Haber Global



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu