ABŞ: Ukraynanın güclü iqtisadiyyatı onun ən yaxşı müdafiəsi olacaq


ABŞ administrasiyası hesab edir ki, uzunmüddətli perspektivdə Ukrayna iqtisadiyyatı Kiyevin potensial münaqişələrdən ən yaxşı müdafiəsi olacaq.



AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent məlumat verib.



"Birləşmiş Ştatlar üçün iqtisadi təhlükəsizlik milli təhlükəsizlikdir. Milli təhlükəsizlik iqtisadi təhlükəsizlikdir. Prezident Donald Tramp və mən inanıram ki, güclü və möhkəm Ukrayna iqtisadiyyatı onun uzunmüddətli perspektivdə ən yaxşı müdafiə vasitəsi olacaq. Berlin divarı yıxılanda Polşa və Ukraynanın iqtisadiyyatları eyni ölçüdə idi. İndi Polşa üç dəfə böyükdür", - deyə nazir bildirib.



O qeyd edib ki, yaxın iki onillik ərzində Ukrayna iqtisadiyyatı yaxşı idarəetmə və ABŞ ilə tərəfdaşlıq, eyni zamanda qlobal investisiyalar sayəsində Rusiya iqtisadiyyatından daha böyük ola bilər.



Skott Bessent hesab edir ki, bu, Rusiya üçün çox məcburedici çəkindirici olacaq. Bessentin sözlərinə görə, Rusiyaya dəstək verən ölkələr Ukraynanın bərpasında iştirak etməyəcəklər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu