Hindistanda təyyarə qəzasında ölənlərin ailələrinə kompensasiya veriləcək


Air India şirkətinin tərkibində fəaliyyət göstərən Tata Group Hindistanda baş vermiş təyyarə qəzasında yaxınlarını itirən hər bir ailəyə təxminən 115 min ABŞ dolları məbləğində maddi yardım göstərəcəyini açıqlayıb.



Bu barədə məlumat X sosial media platformasında Air India İdarə Heyətinin sədri Natarajan Chandrasekaranın açıqlamaları ilə paylaşılıb.



Paylaşımda faciə ilə bağlı dərin kədər ifadə olunub, həyatını itirənlərin ailələrinə həmrəylik mesajı verilib.



Bundan əlavə, qəza zamanı yaralanan şəxslərin tibbi xərclərinin Tata Group tərəfindən qarşılanacağı bildirilib.



Qəzadan ziyan görmüş BJ Tibb Kollecinin yenidən qurulması üçün də şirkət maliyyə dəstəyi göstərəcəyini bəyan edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu