BMT: Yəmən daha çox regional böhranların içinə çəkilməməlidir


Birləşmiş Millətlər Təşkilatı (BMT) Yəməndəki hazırkı vəziyyətin son dərəcə həssas olduğuna diqqət çəkərək, ölkənin daha da qeyri-sabitləşdirilməsinin qarşısını almaq üçün onun regional böhranların içinə çəkilməsinə yol verilməməli olduğunu bəyan edib.



BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) Yəməndəki son vəziyyət müzakirə olunub.



BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq Yaxın Şərqin son dərəcə qarışıq və əvvəlcədən proqnozlaşdırılması çətin bir dövrdən keçdiyini qeyd edərək, İran və İsrail arasında əldə edilən atəşkəsin diplomatik prosesə yenidən təkan verəcəyinə ümid etdiyini bildirib.



Yəmənin hal-hazırda çox zəif və kövrək bir durumda olduğunu vurğulayan Qrundberq “Daha çox qeyri-sabitliyin qarşısını almaq üçün ölkənin regional böhranların içinə çəkilməsinə icazə verilməməlidir” deyib.



O, hərbi variantın Yəməndəki əzabları daha da dərinləşdirəcək təhlükəli bir illüziya olduğunu söyləyərək, danışıqların asan olmasa da ən yaxşı seçim olduğunu və təcili hərəkətə keçilməli olduğunu qeyd edib.



Qrundberq həmçinin Yəməndə həbsdə saxlanılan bütün BMT əməkdaşlarının azad edilməsini tələb edərək, “Bu məsələnin izini itirməyəcəyik” – mesajını verib.



BMT-nin humanitar məsələlər üzrə baş katib müavini və təcili yardım koordinatoru Tom Fletçer isə Yəmən xalqı üçün daha yaxşı gələcəyə aparan tək yolun siyasi həll olduğunu bildirib: “Hər keçən gün irəliləyişin olmaması milyonlarla insan üçün əzabın uzanmasına səbəb olur”.



Fletçerin sözlərinə görə, hazırda Yəməndə 17 milyondan çox insan aclıqla mübarizə aparır və bu rəqəmin sentyabr ayına qədər 18 milyonu keçəcəyi gözlənilir.



O, həmçinin 5 yaşdan kiçik 1 milyondan çox uşağın həyati təhlükə yaradan kəskin qidalanma çatışmazlığı ilə qarşı-qarşıya olduğunu qeyd edib.



Yəmənə ayrılan maliyyə yardımlarının sürətlə azalması da diqqətə çatdırılıb. Fletçer bu vəziyyətin ən həssas durumda olan qadınlara, kişilərə və uşaqlara yardım etmə imkanlarını ciddi şəkildə azaltdığını vurğulayıb.



O, BMT Təhlükəsizlik Şurasınındonor ölkələrin dəstəyinə böyük ehtiyac olduğunu bəyan edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu