Həkimlərin maaşı niyə gecikir? - AÇIQLAMA

Rayonlarda çalışan təcili tibbi yardım əməkdaşlarının maaş gecikməsi ilə bağlı yayılan xəbərlərə TƏBİB münasibət bildirib.
AFN.az xəbər verir ki, qurum məsələ ilə bağlı Teleqraf.com-un sorğusuna cavab olaraq qeyd edib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində əməkhaqqı ödənişləri mövcud qanunvericilik və əmək müqavilələrinə uyğun şəkildə hər ayın 10-dək həyata keçirilir.
Bildirilib ki, hazırda yeni sistemə keçidlə əlaqədar zəruri sənədləşmə mərhələsi yekunlaşıb və maaş ödənişləri təmin olunub.
Xatırladaq ki, Mingəçevir, Bərdə, Tərtər, Ağdam, Qəbələ və Ağcabədi rayonlarında fəaliyyət göstərən təcili yardım mərkəzlərinin əməkdaşları ötən aya aid maaşlarını hələ də almadıqlarını bildiriblər.