"Temu" ayaqqabılarında təhlükəli kimyəvi maddələr aşkarlandı


"Temu"dan alınan bəzi yay ayaqqabılarında təhlükəli kimyəvi maddələr aşkarlanıb.



AFN.az medicina.az-a istinadən xəbər verir ki, münasib qiymətləri ilə diqqət çəkən Çin mərkəzli alış-veriş platforması olan "Temu" tənqid hədəfidir.



Bu ticarət platformasından alınan bəzi yay ayaqqabılarında sağlamlıq üçün təhlükəli kimyəvi maddələrin olması diqqət çəkib.



Belə ki, Avstriya Əmək İstehlakçılarının Müdafiəsi Palatası (AK OÖ) və ətraf mühit təşkilatı GLOBAL 2000 tərəfindən Temudan alınan 19 fərqli yay ayaqqabısı araşdırılıb.



8 modeldə zərərli kimyəvi maddələr aşkar edilib. Bu modellərdən ikisində maddələrin miqdarının Avropa İttifaqında satışı qadağan olunmuş səviyyədə olduğu müəyyən edilib.



Araşdırmaya görə, xüsusilə flip flop modellərində (barmaq arası tərlik) yüksək miqdarda ftalat aşkar edilib.



Bir başmaqda ftalat miqdarı Aİ-nin limit dəyərindən 420 dəfə yüksək olub. Bu kimyəvi maddələrin sağlamlığı poza biləcəyi və hormonal sistemə zərər verə biləcəyi bildirilib.



Sözügedən maddələrin dəri və ya ev tozu ilə orqanizmə daxil ola bildiyi, hətta uşaqların sidiyində də aşkar edildiyi bildirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu