Bu maddələr Ukraynaya Polşa və Ruminiya vasitəsilə gətirilir - Rusiya


“Çirkli bomba” yaratmaq üçün istifadə oluna bilən radiokimyəvi maddələrin Polşa və Rumıniya vasitəsilə Ukraynaya idxalı davam edir.


Bunu Rusiya Federasiyası Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının (RCBZ) rəisi, general-leytenant İqor Kirillov deyib.

“Mövcud əməliyyat məlumatlarına görə, Ukrayna ərazisinə radiokimyəvi maddələrin daha çox utilizasiyası davam edir ki, bu da ölkəni istifadə olunmuş nüvə yanacağı və təhlükəli kimyəvi istehsal tullantılarının zibilxanasına çevirir" - deyə RCBZ qoşunlarının rəhbəri ABŞ və Ukraynanın hərbi-bioloji fəaliyyətləri ilə bağlı brifinq zamanı bildirib.

Kirillovun sözlərinə görə, bu maddələrdən sonradan “yalançı bayraq altında” istifadə edilməklə “çirkli bomba” yaratmaq üçün istifadə oluna bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu