Rusiyadan ABŞ-a ittiham: "Ukraynada zəhərli kimyəvi maddələrdən istifadə etməklə..."


ABŞ Ukraynada zəhərli kimyəvi maddələrdən istifadə edərək təxribat törətməyi planlaşdırır.


AFN.az xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin rəhbəri İqor Kirillov bildirib. İqor Kirillov ABŞ-ın Ukraynadakı hərəkətləri ilə bağlı açıqlama verib.

ABŞ-ın Moskvadakı keçmiş səfiri Con Sallivanın rus əsgərlərinin xüsusi hərbi əməliyyat zonasında kimyəvi silahdan istifadə etməyi planlaşdırdığını deməsindən sonra Kirillov deyib: “Biz bu məlumatı ABŞ və onun əlaltılarının zəhərli maddələrdən istifadə edərək təxribat törətmək niyyəti kimi qiymətləndiririk".

Kirillov ABŞ və tərəfdaşlarının planlaşdırdıqları təxribata hazırlaşdıqlarını qeyd edərək, "Fevralın 10-da tərkibində kimyəvi maddələr olan qatar əcnəbi vətəndaşların müşayiəti ilə Kramatorska gəlib və yerli Kuybışev metallurgiya zavodunun yerləşdiyi əraziyə aparılıb. Yük Ukrayna Təhlükəsizlik Xidmətinin zabitləri və Ukrayna Silahlı Qüvvələrin komandanlığının nəzarəti altında təxliyyə edilib. Vaqonda 16 bağlı metal qutu olub. Onların yarısında kimyəvi təhlükə işarəsi, yarısında isə iki qırmızı zolaqlı lövhə olub" - deyə bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu