Bayden bir ildən sonra bu bölkəyə ilk dəfə səfər etdi, etirazla qarşılandı


ABŞ prezidenti Co Bayden keçən il qatar qəzasında yayılan kimyəvi maddələrdən təsirlənən Ohayo ştatının Şərqi Fələstin bölgəsinə səfər edərək ictimaiyyətə həmrəylik mesajı verib.


Bölgəyə bir ildən sonra gəldiyi üçün etiraz edilən Bayden suyun təmiz olduğunu sübut etmək məqsədilə krandan bir stəkan su içib.

Şərqi Fələstinin qəsəbəsinə baxış keçirən Bayden bəzi müəssisələrə baş çəkib, ictimaiyyətlə görüşüb. Şəhəri canlandırmaq üçün çalışdıqlarını qeyd edən Ağ Ev rəhbəri bir çox sosial və iqtisadi proqramlarla bölgəni yenidən inkişaf etdirəcəklərini bildirib.

Səfər zamanı Bayden yerli xalqın etirazına səbəb olub, onun əleyhinə "Bir il sonra?", "Artıq gecdir!" kimi şüarlar səsləndirilib.

Ətraf Mühitin Mühafizəsi əməkdaşları həmçinin quyuları və su şəbəkələrini yoxladıqlarını, ekoloji fəlakətlə əlaqədar yüksək səviyyədə çirklənmənin olmadığını bildiriblər.

Ötən il fevralın 3-də ABŞ-ın Ohayo ştatının Şərqi Fələstin şəhəri yaxınlığında kimyəvi maddələr daşıyan 150 vaqondan ibarət qatarın 50 vaqonunun relsdən çıxması və partlaması nəticəsində kimyəvi maddə ekoloji fəlakətə səbəb olub.

Partlayışlar nəticəsində ətraf mühitə külli miqdarda zəhərli kimyəvi maddə yayıldıqdan sonra ərazi sakinlərinin təxliyəsi qərara alınıb.

Hadisədən sonra mətbuatda rayon sakinləri arasında baş ağrısı, göz yanması, öskürək və halsızlıq kimi şikayətlər və heyvanların tələf olması barədə məlumatlar yayılıb.

Qəzaya uğrayan qatarın bağlı olduğu "Norfolk Southern" şirkəti açıqlama verərək ərazini ekoloji cəhətdən təmiz şəkildə təmizlədiklərini və qəza nəticəsində yaranan itkilərə görə bölgə əhalisinə maddi yardım etdiklərini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu