Ukrayna öz ərazisində "çirkli bomba" partladacaq? - Üç ölkədən birgə açıqlama
AFN xəbər verir ki, bu barədə Dövlət Departamentinin saytında dərc olunan üç ölkənin Xarici İşlər nazirliklərinin birgə bəyanatında deyilir.
"Ölkələrimizin hər birinin müdafiə nazirləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə onun xahişi ilə danışıblar. Ölkələrimiz açıq şəkildə bildirdilər ki, biz Rusiyanın Ukraynanın öz ərazisində "çirkli bomba”dan istifadə etməyə hazırlaşdığı barədə açıq-aşkar yalan iddialarını rədd edirik. Bu ittihamdan eskalasiya üçün bəhanə kimi istifadə etmək cəhdi bütün dünyada görünəcək. Və biz Rusiyadan eskalasiya üçün istənilən bəhanəni rədd edirik”, deyə bəyanatda bildirilir.
Xatırladaq ki, oktyabrın 23-də Şoyqu Fransa, Türkiyə və Böyük Britaniyadan olan həmkarlarına zəng edərək onlara Ukraynanın partlatmağı planlaşdırdığı "çirkli bomba" təhlükəsi barədə danışıb. "Çirkli bomba” ilə bağlı ilk xəbər bazar günü səhər saatlarında "RİA Novosti" agentliyinin saytında peyda olub. Agentlik "müxtəlif ölkələrdəki etibarlı mənbələrə" istinadən bildirib ki, Kiyev öz ölkəsinin ərazisində "çirkli bomba" və ya az gücə malik nüvə silahı partlamaqla bağlı təxribat hazırlayır.
"Təxribatın məqsədi Rusiyanı Ukrayna əməliyyat teatrında kütləvi qırğın silahlarından istifadə etməkdə ittiham etmək və bununla da Moskvaya etimadı sarsıtmaq məqsədi ilə dünyada güclü anti-Rusiya kampaniyasına başlamaqdır”, deyə "RİA Novosti" yazır.